İyulun 9-da internet söndürüləcək

Buna səbəb hakerlərin dünyada 570 000-dən çox kompüterə zərərli proqram yükləməsidir

Federal Təhqiqatlar Bürosu (FBI) iyulun 9-da internetin fəaliyyətini dayandıracaq. “Doğan” xəbər agentliyinin (DHA) yaydığı məlumata görə, buna səbəb hakerlərin dünyada 570 000-dən çox kompüterə zərərli proqram yükləməsidir. Məlumata görə, FBI virusların 9 iyulda fəaliyyətə başlama ehtimalına qarşı DNS serverlərini söndürərək tədbir görəcək. Virus təhlükəsi aradan qaldırıldığı zaman isə serverlərin fəaliyyəti bərpa olunacaq.

Qeyd edək ki, həmin virusların istifadəçiləri hakerlərin yaratdığı saxta saytlara istiqamətləndirdiyi bildirilib.

anspress