Rusiyada antiPutin aksiyaları keçirildi

Rüsiyanın müxtəlif şəhərlərində “Bezdirmisən” razılaşdırılmamış aksiyası keçirilib. Aksiyanı “Açıq Rusiya” təşkilatı keçirir. Akisya iştirakçıları Putini 2018-ci il seçkilərindən iştirakdan imtinaya çağırıb.

Moskvada bu aksiya  çərçivəsində prezident administrasiyasına tərəf yürüş olub. Yürüşün başladığı Slavyansk meydanında onlarla iştirakçı, jurnalist və polis qüvvələri toplaşıb. Prezidentin qəbul binasına giriş səhər saatlarından bağlanıb. Daha sonra kiçik qrup etirazçını Vladimir Putinə ünvanlanan məktubu vermək üçün buraxıblar.

Polisin məlumatına görə, aksiyada 250 adam iştirak edib və saxlanılan olmayıb.

Peterburqdda şəhərin mərkəzində aksiyanın keçirildiyi yerə çoxlu sayda polis cəlb edilib. Kazanda isə prezidentə ünvanlanan məktubları toplamaq üçün qutu qoyulub.

Bəzi şəhərlərdə polis müdaxilə etməsə də, Peterburq, Tula, Tumen, İjevs, Kazan, Kemerovo və Novokuznetskdə aksiya təşkilatçıları saxlanılıb.

Fizzə