“Barselona” və “Real”ın keçmiş ulduzları üz-üzə gəlib VİDEO

İspaniyanın “Barselona” və “Real” klublarının əfsanəvi futbolçuları Livanın paytaxtı Beyrutun Kamil Şamun adına stadionunda üz-üzə gəliblər.
Veteranların yoldaşlıq oyunu 3:2 hesabı ilə “kataloniyalılar”ın xeyrinə başa çatıb.
Qarşılaşmanı 38 min tamaşaçı izləyib.
Qalib komandanın qollarını Lüdovik Jüli (2 qol) və Simau Sabroza vurub. Braziliyalı Ronaldinyo 3 məhsuldar ötürmə edib. “Real”ın heyətində Fernando Sans və Françesko Herrero fərqlənib.