“Twitter”in istifadəçi sayı keçən il 18 milyon artıb

Son məlumatlara görə “Twitter”in istifadəçi sayı “Facebook” və “Snap Inc”in güclü rəqabətinə baxmayaraq, əvvəlki ilə nisbətən 18 milyon artaraq 328 milyona çatıb. Araşdırma firması “FactSet StreetAccount”ın məlumatlarına görə analitiklər aylıq aktiv istifadəçi sayının 321,3 milyona yüksəlməsini ehtimal edirdilər. “Twitter” eyni zamanda gündəlik aktiv istifadəçilərin də birinci rübdə əvvəlki ilə görə 14% artdığını açıqlayıb. “Twitter”in gəlirləri isə ilin ilk rübündə 7,8% azalaraq, ilk dəfə zərərə uğrayıb.

azadliq.info