Futbol üzrə Boliviya çempionatının 12-ci turu çərçivəsində “Bolivar” və “San-Xose” komandaları arasında keçirilən oyunda ev sahiblərinin qolkiperi öz qapısından rəqibə qol vurub.
“Report” xəbər verir ki, 1:2 hesabı ilə geridə olan qonaqlar 94-cü dəqiqədə cərimə zərbəsi qazanıblar.
“San-Xose”nin qapıçısı Emmanuel Franko rəqibin cərimə meydançasına qədər gəlib, lakin top ötürmədən sonra birbaş “Bolivar”ın qapıçısı Matias Dituronun əlinə düşüb. O da fürsətdən yararlanaraq topu rəqibin boş qapısına vurub və əla qola imza atıb.
https://www.youtube.com/watch?v=TtClpSvae_c