amerika

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

amerikaABŞ Xan-Şeyhunda kimyəvi hücumla əlaqədar Suriyaya qarşı sanksiyaları genişləndirib

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə nazirliyinin bəyanatında bildirilir.

Məlumata əsasən, sanksiyalar Suriya hökumət qüvvələrinə kimyəvi silahdan istifadə etməyə yardım edən elmi-tədqiqat mərkəzinə qarşı tətbiq edilib

Ümumilikdə, Suriya elmi araşdırmalar mərkəzinin 271 əməkdaşının adı sanksiya siyahısına düşüb. Söhbət kimya üzrə mütəxəssislər, habelə 2012-ci ildən etibarən kimyəvi silah proqramı mərkəzində işləyənlərdən gedir.