İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin diplomatik fəaliyyəti yaxın günlərdə başa çatır.
Bu barədə Lent.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfirliyin mətbuat xidmətindən bildirilib ki, bu, Məhəmmədbağır Bəhraminin 3 illik fəaliyyət dövrünün başa çatması ilə bağlıdır, İran səfirləri təyin edildikləri ölkələrdə 3 il fəaliyyət göstərirlər. Məhəmmədbağır Bəhrami Azərbaycanda səfir kimi fəaliyyətini başa vurduğu üçün ölkəni tərk edəcək.
İranın Azərbaycana yeni səfir isə hələ təyin etməyib. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, yeni səfir təyin olunana qədər onun səlahiyyətlərini müvəqqəti işlər vəkili yerinə yetirəcək.


