Almaniyanın Xarici İşlər naziri Siqmar Qabriel Avropa Birliyinin (AB) Türkiyə ilə müzakirələri dayandırmasına qarşı çıxaraq, gələcəkdə müzakirə üçün çox məsələ olduğunu söyləyib.
Qabriel konstitusiya dəyişikliyi referendumundan sonra AB-nin Türkiyə ilə müzakirələri dayandırmaq ehtimalı ilə bağlı bir suala belə cavab verib: “Türkiyə ilə bağlı artıq heç danışmaq istəmirik” şüarı kimi qərarlar bizi irəliyə aparmaz. Bir gündən sonrası da var. Dəniz Yüceldən AB-yə, Suriyadakı qanlı ixtilafa qədər Türkiyə ilə danışacağımız məsələlər bitmir… Avropadan uzaqlaşıb- uzaqlaşmamaq nəticədə Türkiyənin qərarı. Son aylardakı proseslərlə bağlı narahatlıqlarımızı gizləmirik.
Türkiyədə baş verənlər, millət vəkillərinin, müxaliflərin, jurnalistlərin həbs olunması heç bir şəkildə demokratik standartlara uyğun gəlmir.
azadliq.info




