Saakaşvili Avropa demokratlarını Lukaşenkodan necə “xilas” etdi?

Polşanın “Wyborcza” qəzeti Polşa prezidentinin Ukraynada final matçında iştirakından və Saakaşvilinin onu Lukaşenko ilə görüşdən necə “xilas” etməsindən yazır. Prezident Komorovski Ukraynaya səfərindən öncə ölkə mətbuatında xeyli müzakirə getmişdi. Onun Avropanın “sonuncu diktator”u ilə qətiyyən görüşməməli olduğu bildirilmişdi.  Hətta görüşün baş tutmaması üçün parlamentdəki sağ qüvvələr Ukraynadan Lukeşankonu persona non qrata elan etməsini tələb etmişdilər.
 
Polşa prezidentinin çətin vəziyyətdə Mixail Saakaşvili çıxarıb. Bütün oyun zamanı Saakaşvili Lukaşenkonu əyləndirib. Lukaşenko ilə yanaşı oturan Gürcüstan prezidenti zarafat edərək, onda çəkinmədiyini göstərib. Digər mühüm qonaqlar – İtaliya və Polaş prezidentləri, İtaliya və İspaniyanın baş nazirləri, Ukrayna prezidenti yan lojada “gizlənib”lər. 
 
Maraqlı məqamlardan biri də Lukeşankonun stadiona 7 yaşlı oğlu Kolya ilə gəlməsi olub. Şahidlərin sözlərinə görə, uşağın əlində bir neçə gün öncə Venesuela prezidenti Uqo Çavesin verdiyi qızıl tapança olub. 
 
Saakaşvilinin şücaəti sayəsində Avropanın demokratik liderləri “sonuncu diktator” ilə üzbə-üz görüşmək əzabından qurtulub.
 
azadliq.info