Meksikada müxalifət qalib gəldi

Meksikada bazar günü keçirilən prezident seçkilərində müxalifətin namizədi Pena Nietonun qələbə qazandığı bildirilir. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən xəbərinə görə, səsvermənin nəticələrinə əsasən Nieto səslərin 40 faizini toplayıb.

İqtidarda olan “PAN” partiyasının namizədi Josefina Vazquez Mota məğlub olduğunu etiraf edib. Solçu namizəd Andres Manuel Lopez Obrador isə səslərin 30 faizini toplayıb.