Britaniya hökuməti erkən seçki qərarı verdi – Tarix açıqlandı

Britaniya hökuməti ölkədə erkən parlament seçkilərinin keçirilməsinə qərar verib. Bu barədə məlumatı BBC yayıb.

Məlumata görə, yeni qərarı ölkənin baş naziri Tereza Mey elan edib.
Mey konkret tarix də açıqlayaraq erkən parlament seçkilərinin bu il iyunun 8-nə təyin edildiyini bildirib.

Tereza Mey bu addımı parlamentin xalqın verdiyi “Brexit” qərarının arxasınca getməməsi ilə izah edib: “Ölkə birləşir, parlament isə onun arxasınca getmir. Seçkilər qarşıdakı illərdə sabitlik və təhlükəsizliyi təmin etməyin yeganə yoludur. Əgər indi seçki keçirməsək, siyasi oyunlar davam edəсək”.

Baş nazir müxalifəti bu qərarı dəstəkləməyə çağırıb.

Gültəkin