
Türk klubu o cümlədən rumıniyalı mütəxəssisin seleksiya işləri ilə məşğul olmasını arzulayır. Məlumata əsasən, “Qalatasaray” 72-yaşlı M.Luçeskunun vaxtilə “Şaxtyor”da apardığı seleksiya işini yüksək qiymətləndirir.
“Zenit”lə yollarını ayıracağı təqdirdə “Qalatasaray” M.Luçeskuya idman direktoru, 48-yaşlı oğlu Rezvana isə baş məşqçi postu təklif etməyə hazırdır. Qeyd edək ki, Rezvan Luçesku hazırda Yunanıstanın “Ksanti” klubunun baş məşqçisidir.