Con Terri “Çelsi”dən gedir

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Con Terri cari mövsümün sonunda komandanı tərk edəcək.
Bu barədə “Çelsi”nin mətbuat xidməti məlumat yayıb.
“Con Terri və “Çelsi” futbol klubu birlikdə bəyan edir ki, bizim kapitan mövsümün sonunda komandanı tərk edəcək”, – deyə məlumatda bildirilir.
Terri komandanın rənglərini 1998-ci ildən təmsil edir. O, “londonlular”ın heyətində 16 müxtəlif titula yiyələnib: 4 İngiltərə çempionluğu, 5 İngiltərə Kuboku, 3 Liqa Kuboku, 2 İngiltərə Superkuboku, Çempionlar Liqası və Avropa Liqası.