Pilotsuz təyyarələrin zəif yeri müəyyən edilib. Bir dollarlıq mükafatı qazanmaq üçün xakerlik edən elm adamları Amerika Daxili Təhlükəsizlik Nazirliyinin pilotsuz savaş təyyarəsinin ələ keçirə biliblər.
Texas universitetinin tədqiqatçıları bu metodu “spoofing” (yanıltmaq) adlandırır. Göndərilən siqnalları aparat nazirliyin nəzarətində olan peyklərdən göndərilmiş siqnal sayır və yanıltılaraq istənilən isitiqamətə yönləndirilir. Eyni metoddan istifadə edən İran keçən il ABŞ təyyarəsini zədəsiz yerə endirə bilmişdi.
Pilotsuz təyyarələr minlərlə km məsafədən peykdən göndərilən siqnallarla idarə edilir. ABŞ “Drone” adlanan təyyarələrdən Əfqanıstan və Pakistan ərazisində hərəkət edən taliblərin məhv edilməsi üçün istifadə edir.
azadliq.info