Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ilə üzvlük məsələsinə münasibət bildirib. Ərdoğan bildirib ki, bizi AB ilə dialoqu dayandırmaqla hədələyirlər. Amma bu onların verəcəyi bir qərar deyil. Bizi 54 il Avropa Birliyinin qapısında gözlətdilər. İngiltərə, Norveç Avropa Birliyindən çıxdılar. Nəticədə qərarı uca millət verir. Lazım olacaqsa, bir referendum da Avropa Birliyinə üzvlük üçün keçirərik. YA Türkiyəyə verdikləri sözlərə əməl edəcəklər, ya da nəticələrinə dözəcəklər.
Aqil



