Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan T-107 və T-122 “Sakarya” tipli reaktiv yaylım atəş sistemləri Azərbaycan Ordusunun silahlanmasına daxil olub. Bu barədə “AzeriDefence.com” saytı Türkiyənin Müdafiə Sənayesi Katibliyinə istinadla məlumat yayıb. Katibliyin hazırladığı kataloqda yer alan məlumatda göstərilir ki, qeyd olunan reaktiv atəş sistemləri Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin ordularında silahlanmaya qəbul olunub.
Satılan sistemlərin sayı və ixrac vaxtı barədə bilgilər verilməyib. Məlumatda qeyd olunub ki, ROKETSAN istehsalı olan 107 mm-lik T-107 reaktiv yaylım atəş sistemi artilleriya və piyada birlikləri tərəfindən hər cür hava şəraitində istifadə edilə bilən silah sistemidir. T-107 ROKETSAN tərəfindən istehsal olunmuş artırılmış mənzilli raketlərdən atəş açır və klassik raketlərdən 50% uzaq – 11 km məsafədəki hədəflərə qarşı təsirli atəş gücünə malikdir.
T-122 “Sakarya” sistemi isə ROKETSAN tərəfindən hazırlanmış 122 mm-lik artırılmış mənzilli raketlərdən atəş açır. Bu raketlər klassik 122 mm-lik raketlərdən 100% çox – 40 km-dən uzaq məsafədə hədəfləri məhv etməyə imkan verir.
Azərbaycan Türkiyədən raket alır
•