UEFA prezidenti Mişel Platini futbol aləmi üçün qeyri-adi təkliflə çıxış edib. O, 2020-ci ildə keçiriləcək Avropa futbol çempionatını bir ya iki ölkədə yox, bütün qitə üzrə 12-13 şəhərdə keçirməyi təklif edib. Platini təklifinin hələ ideya olduğunu deyib, müzakirə dekabr-yanvar aylarında aparılacaq.
Mişel Platini futbol aləmində inqilabi ideyaları ilə çıxış edən mütəxəssis kimi tanınır.
azadliq.info


