Zərifə Məhəddinovanın üzünə durmağa iki qadın hazırlanıb
İyunun 8-də Türkiyədən qayıdarkən hava limanında saxlanılan və 12 saatdan sonra buraxılan AXCP üzvü Zərifə Məhəddinova bu gün hava limanı polisinə çağırılıb. Xatırladaq ki, o zaman hava limanında cəbhəçi xanımın yükünün açılması ilə bağlı problem yaranmışdı. AXCP sədrinin müavini Gözəl Bayramlının verdiyi məlumata görə, iyunun 29-da hava limanı polis idarəsinin rəis müavini Z.Məhəddinovaya zəng edərək ora gəlməsini istəyib və gəlməyəcəyi təqdirdə məcbur şəkildə gətiriləcəyini bildirib. Rəis müavini iyunun 8-də baş verənlərlə bağlı araşdırma aparıldığını və Z.Məhəddinovanın günahkar olduğunu sübut olunduğunu deyib: «Dünən hava limanın polis rəisinin müavini zəng edib deyib ki, günahkar olduğunuz sübut olunub, siz hava limanının işçiləri ilə kobud danışmısınız. İki qadın da üzünə durmağa hazırdı. Ona görə bura gəlməlisiniz. Əgər gəlməsəniz, oranın polisi vasitəsilə məcbur gətirdirəcəyik».
G.Bayramlı Z. Məhəddinovanın polisə 3-ü yarısında hava limanında olacağını və artıq vəkillə ora getdiyini dedi.
Fizzə


