Nazir oğlunun Bosfor sahilində dəbdəbəli obyekti

Anar Məmmədov İstanbulda özünə restoran açıb

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Istanbulda restoran açıb.
“Anar” adlanan restoran Bosfor boğazının sahilində yerləşir. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, restoran kifayət qədər dəbdəbəli və bahalıdır. Həmçinin vurğulanır ki, artıq restoranın müştəriləri də obyektin Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğunu bilirlər. Hər halda restoran “azərbaycanlı bakanın oğlunun restoranı” kimi məşhurdur.

Hikmət