Putin və Medvedyev mal varlığını açıqladı!

Rusiya prezidenti Vladimir Putin 2016-cı ildə 8 milyon 858 min rubl gəlir əldə etdiyini bildirib.

Kreml tərəfindən dövlətin yüksək səviyyəli şəxsləri ilə bağlı açıqlanan mal varlığı məlumatlarına görə, 2015-ci ildə 8 milyon 891 min rubl qazanan Vladimir Putinin gəliri keçən illə müqayisədə 8 milyon 858 min rubl (təxminən 155 min dollar)  azalıb.

Son dövrdə milyardlarca dollar sərvətə sahib olduğu iddiaları ilə korrupsiya ittihamlarının hədəfi olan Rusiyanın Baş naziri Dmitri Medvedyevin isə keçən il 8 milyon 587 min rubl qazandığı açıqlanıb.

Bəyannaməyə görə, Putinin özünə aid Rusiyada 1500 kvadrat kilometrlik bir ərazisi, iki ev dairəsi və üç avtomobili var.  Medvedyev isə 4 min 700 kvadrat kilometrlik bir əraziyə, bir mənzil dairəsinə və bir avtomobilə sahibdir.

 

azadliq.info