Gürcüstan prezidenti Bakıdan birbaşa ölkəsindəki təbii fəlakət bölgəsinə yollanıb
Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün Azərbaycana gələn Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsində baş verən təbii fəlakətlə əlaqədar səfərini yarımçıq kəsib. Bu barədə yerli KİV Şaakaşvilinin administrasiyasına istinadla məlumat yayıb.
Gürcüstanın qərbində, Sameqrelo regionunda ötən gün yağan güclü yağış daşqına səbəb olub. Nəticədə yollar bağlanıb, 7 kənd köməksiz vəziyyətə düşüb. Fəlakətin nəticələrini aradan qaldırmaq üçün regiona xilasedicilər və xüsusi texnik cəlb edilib, bir neçə xüsusi qərargah yaradılıb.
Gürcüstan prezidenti də Bakıdan qayıdan kimi fəlakət bölgəsinə yollanıb.


