
Fransada baş tutan oyunda azarkeşlər arasında yaranmış ixtişaşlar səbəbindən 45 dəqiqə gec başlayıb. Oyuna qonaqlar sürətli start veriblər. Artıq 15-ci dəqiqədə Babel hesabı açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda “Lion” hücumlarını artırsa da, “qara qartallar”ın müqavimətini qırmaq ancaq son dəqiqələrdə mümkün olub. Əvvəlcə Tolisso status-kvonu bərpa edib. Bundan 2 dəqiqə sonra isə qapıçı Fabrinin dəhşətli səhvi türklərə məğlubiyyətə başa gəlib.
Turnirin əsas favoriti “Mançester Yunayted” isə Belçika səfərinə yollanıb. “Qırmızı şeytanlar”ın rəqibi “Anderlext” olub. Enişli-çıxışlı qrafik cızan ingilislər səfərdən 1:1 hesablı bərabərliklə dönüblər.
1/4 final mərhələsinin digər matçlarında “Ayaks” “Şalke”ni məğlub edib- 2:0. “Selta” isə “Genk”i qəbul edib. Viqodakı oyunda 5 qol qeydə alınıb. Meydan sahibləri 3:2 hesablı qələbəyə seviniblər.
Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
13 aprel
“Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə) – 2:1
Qol: Tolisso, 83, Morel, 85 – Babel, 15
Baş hakim: Metyu Lahoz (İspaniya)
Lion. “Park Olimpik Lion” stadionu
“Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) – 1:1
Qollar: Dendonker, 89 – Mxitaryan, 37
Baş hakim: Feliks Brix (Almaniya)
Anderlext. “Konstant Vanden Stok” stadionu
“Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya) – 2:0
Qollar: Klaasen, 23, 52
Baş hakim: Sergey Karasyov (Rusiya)
Amsterdam. “Amsterdam Arena”
“Selta” (İspaniya) – “Genk” (Belçika) – 3:2
Qollar: Sispo, 15, Aspas, 18, Quidetti, 38 – Boetus, 10, Buffel, 67
Baş hakim: Klemen Turpin (Fransa)
Viqo. “Estadio de Balaydos”