Meksikanın şimalındakı Sinaloa əyalətində bir xəstəxananın damına təyyarədən insan cəsədi atılıb.
“Reuters”in xəbərinə görə hazırda məhbus həyatı yaşayan məşhur narkobaron El Chapo (Bücür) ləqəbli Joaquin Guzmánın narkotik qrupunun təsirində olan əyalətdə yaşanan hadisə səhər saatlarında meydana gəlib.
Meksikadakı IMSS Xəstəxanasının damına düşən adamın cansız bədəni 07.30 sularında xəstəxananın üzərində alçaqdan uçan bir təyyarədən atılıb.Tibb işçiləri bölgədə eyni təyyarədən atılan daha iki ölü şəxs tapdığını bildirib. Səlahiyyətlilər xəstəxana damına atılan adamın hadisə zamanı sağ olub-olmadığına dair hələ məlumatlı deyil.
Yerli mətbuata əks olunan xəbərlərdə qrup üzvlərinin həmin iki cəsədi bölgədən aldığı bildirilib.
azadliq.info