ilham-ziya1

Nazir “profilaktoriyaları” ələ keçirir

ilham-ziya1Ziya Məmmədov bununla bağlı ölkə başçısına layihə təqdim edib

Nəqliyyat naziri Ziya Məmmədov yeni layihə hazırlayıb. Bu layihə artıq ölkə başçısı Ilham Əliyevə də təqdim edilib. Layihədə özəl avtomobil təmiretmə sexlərinin lisenziya əsasında fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbə bildirib ki, yaxın vaxtlarda Ilham Əliyevin layihənin icrası ilə bağlı göstəriş verəcəyi gözlənilir. Bunun baş verəcəyi təqdirdə ölkədə fəaliyyət göstərən bütün maşın təmiretmə sexləri faktiki olaraq Nəqliyyat Nazirliyinin nəzarətinə keçəcək. Nazirlik həmin layihəyə əsasən standartlar müəyyənləşdirəcək və standarta uyğun olan sexlərə lisenziya veriləcək. Standrtlara uyğun olmayan sexlərin fəaliyyətinə isə imkan verməyəcək.
Nəqliyyat nazirinin layihəsini onun “profilaktoriyaları” öz əlinə keçirməsi və bu sahədə monopoliya yaratması kimi də dəyərləndirmək olar.

Hikmət