Suriya dövlət televiziyasının verdiyi xəbərə görə, Ədliyyə Nazirliyinin binası partladılıb. Nazirliyin avtomobil parkında yerləşdirilən bomba xeyli dağıntı əmələ gətirib. Şahidlər binadan tüstü dumanının çıxdığını deyiblər.
Dünən Bəşər Əsəd tərəfdarı olan bir Suriya telekanalına atılan qumbara zamanı dağıntı əmələ gəlmiş, 7 adam öldürülmüşdü. Müxalifət bunu onlar tərəfə keçən hökümət qvardiyasının üzvlərinin etdiyini demişdi.
azadliq.info


