Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Əfqanıstanda aparılan antiterror əməliyyatlarının fəsadları barədə bəyanatla çıxış edib. REGNUM agentliyinin verdiyi məlumata görə, Çurkin Əfqanıstandakı əməliyyatlara diqqət çəkərək bildirib ki, bu .ölkənin ərazilərindən vurulub çıxarılan terrorçular Orta Asiya respublikalarına keçə bilərlər. “Bu, bizim MDB-dəki müttəfiqlərimizin təhlükəsizliyinə yönələ bilər” – deyə, Çurkin deyib.
Maraqlıdır Ki, Əfqanıstan xüsusi xidmət orqanları da Çurkinin bəyanatına oxşar məlumat yayıblar. Məlumatda deyilir ki, onlarda “Əl-Qaidə” və “Hakani” silahlı qruplaşmalarının üzvlərinin Tacikistana keçmək niyyətləri barədə informasiyalar var. Tacikistanla Əfqanıstan sərhədi dağlıq relyefə malik olduğundan o qədər də yaxşı qorunmur və bu da terrorçuların işinə yaraya bilər (Lent.az).


