Cavid Qurbanov Maştağada villa tikir

“Azəryolservis”in şefi, deputat Cavid Qurbanov Maştağada qəsəbəsində dəbbədəli villa tikdirir.
Bu barədə “Azadlıq”a Cavid Qurbanovun yaxın ətrafından məlumat daxil olub. Məlumatda deyilir ki, hələ tikilməkdə olan villaya artıq milyonlarla manat pul xərclənib. Cavid Qurbanovun bu villanı özü üçün, yaxud hansısa yüksək rütbəli məmur üçün inşa etdiyi bəlli deyil. Lakin “Azəryolservis” şefi tikintilə şəxsən maraqlanır, görülən işlərə ciddi nəzarət edir.