ABŞ-ın yeni raket sistemi rus raketlərini qalxmadan vuracaq

ABŞ növbəti dəfə raket əleyhinə ən yeni sistemini sınaqdan keçirib. Bu haqda Pentaqonun saytında xəbər verilir. “Standart Missile-3” antiraket sistemi Havay adalarında yerləşən gəmidən qalxaraq, şərti ballistik raketi məhv edib. Məlumatı yayan agentlik HHM sisteminin yüksək effektivliyini qeyd edir.

Ən yeni nəslə aid olan bu raket sisteminin keçirilən 27 sınağından 22-i uğurlu olub. ABŞ Avropanın HHM sistemini təkmilləşdirmək məqsədilə İspaniyada bu sistemlə silahlanmış 4 esmines tipli gəmi yerləşdirməyi planlaşdırır.

Raket sınağını təhlil edən rus mütəxəssisləri Aleksey Arxipov və Vadim Borşev deyirlər ki, “bu raketlər bizim raketlərə havaya qalxmaq imkanı belə verməyəcək”. Arxipov: “Bu raketlər uğurla müdafiə sistemindən hücum sisteminə çevrilir. SM-3 sistemləri yerüstü hədəfləri 500 km məsafədən çox dəqiq vura bilər. Kosmik orbitdə 320 km yüksəkliyə qalxaraq, 770 km uça bilərlər. Rusiya sərhədində yerləşdirilən bu raketlər bizim ballistik raketlərədən daha yaxşı hərəkət edəcək və birbaşa rus rektlərinin dislokasiya yerlərinə zərbə endirə biləcək”.

azadliq.info