Suriya ilə bağlı konfrans 30 iyunda Cenevrədə keçiriləcək. Bu haqda BMT və Ərəb Liqası dövlətlərinin təmsilçisi Kofi Annan məlumat verib. Konfransda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Avropa Şurası, Türkiyə, İraq, Küveyt və Qatar iştirak edəcək.
Dəvət edilənlər arasında İran yoxdur. Rusiya İranın iştirakında təkid etsə də, ABŞ bununla razı olmayıb. Yaxın Şərqin əsas güclərindən olan Səudiyyə Ərəbistanı da konfransda iştirak etməyəcək.
azadliq.info


