İngiltərənin Müdafiə naziri Maykl Fallon Suriyanın İdlib şəhərindəki kimyəvi silah hücumundakı “hər bir can itkisin”in günahkarının Rusiya olduğunu söylədi. Digər tərəfdən İngiltərənin Xarici İşlər naziri Boris Consonun yaşanan hadisələrlə bağlı Moskva səfərini ləğv etməsinə Rusiyadan çox sərt bir cavab gəldi. “Sputnik”in xəbərinə görə, rus səlahiyyətlilər tərəfindən “Consonun Moskva səfərinin ləğv edilməsi problemlər məsələsində öz fikri olmayan, beynəlxalq məsələlər üzərində təsiri olmayan və strateji tərəfdaşların kölgəsində qalan ingilislər ilə danışmanın dəyəri olmadığı istiqamətindəki şübhələri bir dəfə daha təsdiqləyir” açıqlaması gəldi. BBC- Türkcənin xəbərinə görə Fallon “Sunday Times” qəzetinə yazdığı məqalədə Rusiyanın Bəşər Əsədin “ən əhəmiyyətli dəstəkçisi” olduğuna görə “vəkalətlə” bu can itkilərindən məsul olduğunu bildirdi. Fallon ayrıca, ABŞ prezidenti Donald Trampın təlimatıyla reallaşdırılan raket hücumunun “doğru qərar” olduğunu ifadə edərək, kimyəvi hücum iddialarını “barbar, əxlaqsız və qeyri-qanuni” adlandırdı. Dünən İngiltərənin Xarici İşlər naziri Boris Conson 10 apreldə Rusiyanın paytaxtı Moskvaya planlaşdırılan səfərini təxirə saldığını açıqlamışdı.
Azadliq.info