Sankt-Peterburqda bomba həyəcanı!

Rusiyanın Sankt-Peterburq şəhərində 3 gün əvvəl metroda həyata keçirilən terror hücumunun ardından indi də bir binada bomba tapılıb.

Sankt-Peterburq Bələdiyyəsi Nevskiy bölgə idarəsinin sədri Konstantin Serov Peterburqda bir binada bomba tapıldığını açıqlayıb. Serov TASS xəbər agentliyinə “bomba tapılıb və təsirsiz hala gətirilib. Təhlükə sovuşub. Mənzilin 1-7-ci mərtəbələrində oturanlara binaya dönmək icazəsi verildi. 8- 9-cu mərtəbələrdə isə istintaq heyəti hələ işləri davam etdirir” deyib.

Səhər saatlarında da Rostov-Don şəhərində partlayış baş verib və bir adam yaralanıb.

azadliq.info