Beynəlxalq Böhran Qrupu (ICG) Ermənistanla bağlı hesabatını açıqlayıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hesabat may ayının 6-da keçirilən parlament və 2013-cü ildə planlaşdırıan prezident seçkisi, eləcə də ölkədə mətbuatın vəziyyəti ilə bağlı olub. Hesabatda hakimiyyətə bəzi məsələlərin həlli üçün tövsiyyələr verilib.
Hesabatda qeyd edilir ki, 2013-cü il Ermənistanın seçkilərdə saxtakarlıqdan nə qədər uzaqlaşa, kompleks islahat keçirmək və Azərbaycanla olan problemi həll etmək üçün legitimliyi olan hökuməti necə formalaşdıra bildiyini göstərəck. “Bu, seçicilər qarşısında dövlət başçısı kimi müdrikliyini göstərmək imkanı baxımından Serj Sarkisyan üçün yaxşı fürsətdir”, – deyə hesabatda qeyd olunub.
Sənəddə qeyd edilir ki, 2008-ci ildə seçkidən sonra siyasi böhran, eləcədə dərin iqtisadi böhran Ermənistanı sarsıdıb.
“Televiziya insanların böyük qismi üçün əsas informasiya mənbəyidir, lakin bu sahədə fikir müxtəlifliyi çatışmır. İslahatların böyük hissəsi kağız üzərində qalır, ya da elə formada hazırlanır ki, praktiki tətbiq mexanizmləri effektsiz olur”, – deyə hesabatda yaılıb.


