ATƏT-in müşahidəçi missiyası aprelin 2-də Ermənistanda keçirilən parlament seçkisini tənqid edib.
Azadlıq Radiosunun məlumatına görə, təşkilat etibarlı sübutlara əsasən səslərin alınması və seçicilərə təzyiqlər edilməsi kimi pozuntular olduğunu bildirir.
Təşkilatın aprelin 3-də yaydığı bəyanatda deyilir ki, seçkilərə müdaxilə,ona ictimai inam və etibarı heçə endirib.
Bəyanatda xüsusilə dövlət qulluqçuları və şəxsi şirkətlərin əməkdaşlarına təzyiqlər olduğu bildirilir.
“Təəssüf ki, bu proses, səslərin aınması, seçicilərin qorxudulması ,xüsusilə də məktəblər, xəstəxanalar və şəxsi şirkətlərdə, həmçinin vəzifə səlahiyyətlərindən su istifadə barədə etibarlı xəbərlərlə korlanıb”, Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Heidi Hautala deyib.
Ermənistanda keçirilən parlament seçkisində hakim Respublika partiyası qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, prezident Serj Sarkisianın hakim Respublika partiyası 49.12 faiz səslə liderlik edir.
Ondan sonra, 27,32 faiz səslə biznesmen Garik Tsarukyanın rəhbərlik etdiyi «Tsarukian» bloku gəlir.
Həmçinin müxalifətdə olan «Yelk» bloku –7.77, ARF «Daşnaksutyun» partiyası isə ,6,57 faizə yaxın səs toplayaraq parlamentə düşüblər.
Bundan sonra 3,71 faiz səslə «Erməni dirçəlişi» partiyası ,təxminən 2,7 faiz səslə isə əsas müxalifət sayılan «Ohanian-Raffi-Oskanian» bloku gəlir.
Beləliklə parlamentə ilk 4 partiya düşüb.
MSK-nın məlumatına görə seçkidə 60 faizdən çox seçici iştirak edib.
Seçkini Avropa Birliyi, ATƏT və MDB ölkələrindən olan beynəlxalq müşahidəçilər də izləyib.
MDB -nin müşahidəçilər missiyası isə seçkinin demokratik olduğunu bəyan edib.

Bu konstitusiya islahatları ilə bağlı 2015-ci ildə keçirilən referendumdan sonra Ermənistanda ilk seçkidir və ölkə bununla parlament idarıəçiliyinə keçib.
İndiki prezidentin səlahiyyətləri 2018-ci ildə bitir.
Bundan sonra əsas səlahiyyətlər baş nazir və prezidentdə olacaq, prezidenti isə əvvəlki kimi xalq yox parlament seçəcək.



