Abdulla Gülü Yəməndə ağlatdılar

Türkiyə prezidenti Abdulla Gül və onu müşayiət edən heyət yanvarın 11-də Yəməndə Türk Şəhidliyinin açılış mərasimində iştirak edib. Açılışda Yəməndəki Türk Məktəbi şagirdlərinin oxuduğu “Yəmən türküsü” Abdulla Gülü və nazirləri ağladıb.

Abdulla Gül mərasimdəki çıxışında deyib ki, o da gerçək hisslərə sahib insandır: “İlk dəfə 2005-ci ildə bu türkünü bu torpaqlarda dinləyincə hisslərimə hakim ola bilməmişdim, bir də bu gün…”.
“Yəmən türküsü” Abdulla Gülün ən çox sevdiyi üç türküdən biridir.