Bakıda daha bir dəhşət: qohumu qadını bıçaqlayıb, uşaqlarının başını kəsdi…

Bakıda dəhşətli qətl törədilib. Dünən axşam Nərimanov rayonu Montin qəsəbəsində 1997-ci il təvəllüdlü Cəfərov Azər Nəriman oğlu qohumu 1991-ci il təvəllüdlü Qasımova Fəridə Səxavət qızını və onun qardaşı, 2001-ci ildə anadan olmuş Qasımzadə Saqil Səxavət oğlunun boğazlarını kəsərək onları amansızlıqla öldürüb. O, daha sonra uşaqların anası 1962-ci il təvəllüdlü Lətafət Qasımovanı çoxsaylı bıçaq zərbələri ilə öldürməyə çalışıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatıdırlıb.

A.Cəfərov öldürdüyü şəxsləri özünə məxsus “BMW” markalı 90 HK 308 dövlət nömrə nişanlı avtomobilin baqajına qoyaraq uzaqlaşıb (lent.az).

Nərimanov Prokurorluğunun yaydığı məlumata görə, qatil gedərkən evdən 207 ABŞ dolları və 250 manat pul da götürüb.

Hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Rayon Prokurorluğu və Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində A.Cəfərov saxlanılıb. 1997-ci ildə doğulmuş, Astara rayon sakini A.Cəfərov əvvəllər məhkum edilibmiş. Saxlanılarkən ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. L. Qasımovanın evindən götürdüyü 207 dollar da saxlanarkən onun üzərində olub.

L. Qasımova hadisəni törədən A. Cəfərovun həyat yoldaşının xalasıdır. İlkin məlumata görə o, həmin mənzilə qarət məqsədi ilə daxil olubmuş.