Alman müxalifəti Timoşenkonu tələb edir

Almaniya müxalifəti Angela Merkeldən Yuliya Timoşenkonu ziyarət etməsini tələb edir. Bundan əlavə müxalifət Merkeli Timoşenkonu Berlinə gətirməyə çağırır.

Merkel Almaniya yığmasının oyununa baxmaq üçün Kiyevə gəldiyi halda, ukraynalı müxalifətçilərlə görüşməlidir. Bu haqda Yaşıllar partiyasının nümayəndəsi danışıb. Deputatlar deyib ki, əks halda alman hökümətinin insan haqları sahəsində səyi heçə endiriləcək.

Angela Merkel söz verib ki, Almaniya yığması finala çıxacağı halda, onların oyununa baxmağa gələcək. Daha öncə Almaniyanın Ukraynada keçirilən qrup oyunlarında heç bir alman rəsmisi işirak etməmişdi. Etirazın səbəbi Kiyevin insan haqları sahəsindəki siyasəti olmuşdu.

azadliq.info