AŞ PA rəhbəri həmməruzəçilərin geri çağırılamsı təşəbbüsünə münasibət bildirdi
“Azərbaycanda vəziyyət narahatlıq doğurur. Bu mövzuya Büronun iclasında toxunulub və sessiya zamanı da müzakirə olunacaq”. Bunu AŞ PA rəhbəri Jan Klod Minyon iyunun 25-də keçirdiyi mətbuat konfransında Monitorinq Komitəsi məruzəçilərinin qeyri-obyektivliyinə görə geri çağırılması ilə bağlı Azərbaycan müxalifətinin müraciətini alıb-almaması barədə sualın cavabında bildirib.
“Mən hələlik belə müraciət almamışam. Lakin ölkədəki vəziyyətdən xəbərim var. Təşkilat üzvü olan istənilən ölkədə bu cür vəziyyət narahatlıq doğurur və məsələyə baxılacaq. İlk növbədə söhbət insan haqları ilə bağlı vəziyyətin qənaətbəxş olmamasından gedir”, – deyə o vurğulayıb.
Məruzəçilərin geri çağırılmasına gəlincə, Minyon deyib ki, bu qərarı yalnız o qəbul edə bilməz. “Bu qərar AŞPA-nın və Andres Herkelin rəhbərlik etdiyi Monitorinq Komitəsinin preroqatividir” (contact.az).


