Kişilər Facebookda da söz sahibidir

Facebook sosial şəbəkəsində kişilər başqa istifadəçilərə daha çox təsir edir, nəinki qadınlar. Bu haqda “Scince” jurnalı yazır. Facebook özünün “ictimai fikir liderləri”ni yaradır, hansılar ki, istifadəçi qruplarına asan təsir edə bilir.

Araşdırma nəticələrinə görə, 30 yaşdan yuxarı şəxslər başqalarına daha çox təsir göstərir. 30 yaşdan kiçiklər daha çox dostlarının təsirinə düşür. Evli insanların profili Facebook dostlarının təsirinə daha az məruz qalır.

Kişilər siyahıdakı dostları üçün daha çox avtoritet sahibidirlər, nəinki qadınlar. Facebookda başqalarının gözündə “avtoritet” sayılan isitifadəçilər başqalarının təsirinə daha az məruz qalır. Tədqiqatçıların fikrincə, “avtoritet” istifadəçilər şəbəkəni daha yaxşı təşkil edə və üzvlər cəlb edə bilirlər.

azadliq.info