Beynəlxalq Bank “Hafka”nı məhkəməyə verdi

“Azəbaycan Beynəlxalq Bankı” ASC “Baghlan Group FZCO” şirkətini və “Baghlan Treydinq” MMC Naxçıvan filialını məhkəməyə verib.

 

Bank 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə) barədə tələb irəli sürüb.

 

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “Baghlan Group FZCO” şirkətinin sahibi “Bakı” klubunun prezidenti Hafiz Məmmədovdur.

 

(repeort)