tapanca-ates

Xırdalanda atışma: bir ölü, bir yaralı

tapanca-atesGecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib. Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib.

1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğlu isə 3 odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Hadisəni kimin törətdiyi hələ ki, məlum deyil.

Hadisə yerindən maddi sübut kimi bir ədəd “Makarov” tipli tapança və 7 ədəd giliz götürülüb (report.az).