Yol qəzasında səkkiz nəfər yaralandı

Hadisə Xudat-Nabran yolunun 8-ci km-də baş verib

Xudat-Nabran yolunun 8-ci km-də, Xaçmazın Muxtadır qəsəbəsi ərazisində yol qəzası baş verib. Rayon polis şöbəsinin istintaq şöbəsinin rəisi Hafiz Əlievin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Nabrandan Xudat istiqamətində hərəkət edən, Qusar şəhər sakini, 57 yaşlı Zeydulla Mahmudovun idarə etdiyi 10 SX 561 dövlət nömrə nişanlı, “Geely” markalı minik avtomobili əks istiqamətdən gələn, Xudat şəhər sakini, 32 yaşlı Rəsul Musayevin idarə etdiyi 10 EO 301 dövlət nömrə nişanlı, “Niva” markalı nəqliyyat avtomobili ilə toqquşub.

Nəticədə “Niva”nın sürücüsü Rəsul Musayev, sərnişini, Xudat şəhər sakini, 31 yaşlı Tural Xuduzadə, “Geely” markalı minik avtomobilinin sürücüsü Zeydulla Mahmudov, onun həyat yoldaşı, 59 yaşlı Şərqiyyə Mahmudova, oğlu 33 yaşlı Namiq Mahmudov, gəlini 24 yaşlı Elza Mahmudova, nəvələri 6 yaşlı Nəvai, 5 yaşlı Cəmilə və maşındakı digər sərnişin, 26 yaşlı Bakı şəhər sakini Cavid Əzizov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xudat şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin araşdırmaya görə, qəzanın baş verməsinə “Niva” markalı maşının “Geely” markalı avtomobilin qarşısına çıxması səbəb olşub. Faktla bağlı araşdırmalar aparılır.