Avro-2012: İtaliya ingilis səddini penaltilərlə keçdi

İyunun 24-də futbol üzrə Avropa Çempionatının ¼ mərhələsində son oyun keçirilib. İngiltərə və İtaliya yığmaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Komandalar əlavə olunmuş 30 dəqiqə ərzində də qapılara yol tapmayıblar. Oyunun taleyini penalti zərbələri həll edib. Penaltilərdə isə italiyalı oyunçular daha dəqiq olublar. Oyun 4:2 hesabı ilə İtaliyanın xeyrinə bitib.
İngiltərə yığmasından Yong və Eşli Kol penalti zərbələrini yerinə yetirə bilməyiblər. Yong topu dirəyə vurub, Kolun vurduğu topu isə qapıçı Buffon tutub.
İtaliyadan isə Montolivo qapını dəqiq nişan ala bilməyib. Komandanın qələbə qolunu Diamanti vurub.
Bu, “Avro-2012”nin ilk penallaşması olub.
İtaliya yarımfinalda Almaniya ilə qarşılacaq.