Bideyizdə Sahib Kərimov sevinci

Gözəl Bayramlı: “Sahib bəyin apardığı mübarizə yerli camaat tərəfindən də dəstəklənir”

Iyunun 22-də azadlığa buraxılan keçmiş vicdan məhbusu, AXCP sədrinin müşaviri Sahib Kərimov bir gün sonra partiyanın sədr müavini Gözəl Bayramlı və Rəyasət Heyətinin üzvü Iradə Əliyeva ilə doğulduğu Şəki rayonunun Bideyiz kəndinə gedib.
Gözəl Bayramlının sözlərinə görə, Sahib bəy əvvəlcə onlarla birlikdə AXCP Oğuz rayon şöbəsinin və Ictimai Palatanın Oğuz şöbəsinin toplantılarına qatılıb: “Oğuz müxalifətçiləri Sahib bəyi çox isti qarşıladılar. Sahib bəy həmin toplantıda çıxış etdi. Ondan sonra Şəki rayonunun Bideyiz kəndinə gəldik. Ailəsi, qohumları, dostları, qonşuları burada idi. Hamı Sahib bəyi qarşılamağa, təbrik etməyə gəlmişdi. Çox böyük qələbəlik var idi. Açıq-aydın görünür ki, Sahib bəyin kənddə çox böyük nüfuzu var. Onun apardığı mübarizə kənd camaatı tərəfindən də dəstəklənir”.

Gültəkin