“Qızıl Top”u yenə Messi aldı

Ən yaxşı qolun müəllifi isə Türkiyəli Hamit Altıntop oldu

 

Yanvarın 10-da Sürixdə keçirilən mərasimdə FİFA 2010-cu ildə “Qızıl Top” və başqa nominasiyalar üzrə qalibləri elan edib.
2010-cu ilin ən yaxşı futbolçusu argentinalıLionel Messi elan edilib. O, artıq ikinci ildir ki, bu mükafata layiq görülür.

2010-cu il üçün kişilər arasında dünyanın rəmzi yığma komandasını FİFA bu cür görür:
Kasilyas (İspaniya),
Maykon, Lusi (hər ikisi Braziliya),
Pike, Puykon (hər ikisi İspaniya),
Sneyder (Hollandiya),
Şavi, İniesta (hər ikisi İspaniya),
Messi (Argentina),
Vilya (İspaniya),
Ronaldo (Portuqaliya).

Qadınlar arasında ilin ən yaxşı məşqçisi Almaniya yığmasının baş məşqçisi Silviya Neydseçilib. Kişilər arasında isə ən yaxşı məşqçi İspaniyanın Real Madrid klubunun məşqçisiJoze Maurino müəyyən edilib.

Türkiyəli Hamit Altıntop ilin ən gözəl qolu – “Puşkaş mükafatı”na layiq görülüb. O, Türkiyə millisinin Qazaxıstanla oyunda vurduğu qola görə bu mükafatı alıb.
Qadınlar arasında ilin ən yaxşı futbolçusu braziliyalı Marta olub. Bununla da o, rekord vurub. Marta 2006-cı ildən bu yana həmin nominasiyada hər il dalbadal qalib elan edilir.