Azrəbaycan Almaniyaya uduzdu

Martın 26-da futbol üzrə 2018-ci il Dünya Çempionatının seçmə qrup mərhələsinin 5-ci turu keçirilib. C qrupunda Azərbaycan yığması Bakıda Almaniya yığmasını qarşılayıb. Görüş 1:4 hesabı ilə almanların xeyrinə bitib. Bütün qollar oyunun 1-ci hissəsində vurulub.

Azərbaycan millisindən yeganə qolu 31-ci dəqiqədə Dmitri Nazarov vurub. Almanlardan isə 19-cu və 81-ci dəqiqədə Andre Şürrle, 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes fərqlənib.

Bununla da Almaniya xallarını 15-ə çatdıraraq qrupda liderliyini qoruyub. 7 xala malik Azərbaycan isə 4-cü pilləyə enib.

Qrupun paralel keçən görüşündə Çexiya San-Marinonu 6:0 hesabı ilə udaraq xallarını 8-ə çatdırıb və 7 xalı olan Şimali İrlandiyanı 3-cü pilləyə endirib.