İyunun 22-də futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsində növbəti oyun keçirilib. Bu dəfə Almaniya və Yunanıstan milliləri qarşılaşıblar.
Almanlar proqnozlaşdırılan qələbəni əldə etməyə çətinlik çəkməyiblər. Onlar rəqib qapısından nə az, nə çox – 4 top keçiriblər. Yunanlar bu toplardan yalnız ikisinin əvəzini çıxa biliblər.
Hesabı 39-cu dəqiqədə Almaniya yığmasının kapitanı Lam açıb. 55-ci dəqiqədə Samarasın zərbəsi ilə Yunanıstan hesabı bərabərləşdirib. Bundan sonra yunanlar qapılarında 3 ardıcıl top görüblər. Kedira (61-ci dəqiqə), Klose (68-ci dəqiqə) və Reus (74-cü dəqiqə) vurduqları qollarla hesabı 4:1-ə çatdırıblar. 89-cu dəqiqədə isə Yunanıstan komandası penaltidən təsəlli qolunu vurub. Bu, həm də çempionatın penaltidən vurulan ilk qolu olub.
Beləliklə, Almaniya yığması yarımfinala yüksələn ikinci komanda olub. O, yarımfinalda İngiltərə-İtaliya qarşılaşmasının qalibi ilə yarışacaq.
Avro-2012: Almaniya yunanları əzib keçdi
•
•