İspaniyada 54 oğru gürcü yaxalanıb

İspan polisi gürcü əsilli 54 nəfərdən ibarət oğru dəstəsi yaxalayıb. Onlar Saraqosa, Barselona, Burqoq, Ovyedo və Bilbao şəhərlərində mənzilllərin qarət edilməsi ilə məşğul olublar.

Cinayətkarların yaxalanması bir neçə mərhələdən ibarət olub və yanvar ayından başlayıb. “Şəfəq” adı altında keçirilən əməliyyatda yanvarda 12, martda 17 ev qarətçisi nəzarət altına alınmışdı.

Şəbəkə bütün ölkə boyu yaxşı təşkil olunmuş, ierarxik struktura malikmiş.  Oğrular qapı qıfıllarının sındırılmasında xüsusilə məharətli olublar.

azadliq.info