Türk təyyarəsini Suriya vurub?

Reuters agentliyinin Livanın “El Meydan” telekanalına istinadən yaydığı məlumata görə, bu gün radarlardan itən Türk təyyarəsi Suriya tərəfindən vurulub.

BBC Latakia qəsəbəsində hadisə şahidlərinin ifadələrinə əsaslanaraq, Suriya HHM sisteminin bir təyyarəni vurduğunu bildirir. Russia Today xəbər saytı isə yerli məlumatlara istinadən yerə düşən təyyarənin iki nəfər şəxsi heyətinin ələ keçirildiyini yayıb.

Suriya Rusiyadan aldığı Hava Hücumundan Müdafiə sistemlərini Türkiyə sərhədində yerləşdirmişdi.

***

Türkiyənin Hatay bölgəsində bu ölkəyə məxsus hərbi təyyarə ilə əlaqə kəsilib. “Huriyyet” qəzetinin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

“Malatyanın Erhaç meydanından havaya qalxan hərbi təyyarə bu gün günorta saatlarında Hatay bölgəsinin cənub-qərbində dəniz üzərində radarlardan itib” – deyə, açıqlamada qeyd olunub.

Hadisə ilə əlaqədar dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.

Bu arada təyyarənin Hatay bölgəsinin Samandağ kəndinin cənubunda Suriya sahillərindən 8 mil aralı düşdüyü məlum olub. Bu bölgədə axtarış işlərinin həyata keçirilməsi üçün Suriyadan icazə alınmasına çalışılır

azadliq.info