Seçkilər başa çatsa da nəticələr açıqlanmır; həm Mursi, həm də Şəfiq qələbələrini elan ediblər
Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra keçirilən ilk prezident seçkiləri arxada qalsa da, ölkənin siyasi həyatında qeyri-müəyyənlik davam edir. Artıq üçücünü gündür ki, Qahirənin mərkəzi meydanı Təhrirə toplaşan “Müsəlman qardaşları” hərəkatının tərəfdarları namizədlərinin qələbəsini qeyd edir. Onlar həmçinin Ali məhkəmənin islamçı çoxluğa malik parlamentin ləğv edilməsi qərarına yenidən baxılmasını tələb edirlər.
30 illik diktaturanın devrilməsiylə boş qalan prezident postuna digər iddiaçı Hüsnü Mübarək rejiminin son baş naziri Əhməd Şəfiq də seçkilərdə qələbə qazandığını bildirib:“Prezidentliyə namizəd kimi Misirdə bütün komissiyalardakı hesablamalara və öz kampaniyamın müşahidələrinə əsaslanaraq, əminəm ki, qanuni qalib mənəm. Ali Seçki Komitəsini gözləyirəm, nəticələri ən son o elan edəcək, onun qərarını əvvəlcədən proqnozlaşdırmayacam, amma onun son sözünə də hörmət edəcəyəm”.
Əlavə edək ki, seçkinin nəticələrinin elan edilməsi dünənə planlaşdırılsa da rəsmilər hər iki tərəfin, eləcə də hərbçiləri rəqəmləri təhrif etməsi ilə əlaqədar nəticələri sabah elan edəcəklər.
azadliq.info