İyunun 21-də futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsinin oyunları başlayıb. İlk qarşılaşma “ölüm qrupu” adlandırılan B qrupunun ikincisi Portuqaliya ilə A qrupunun birincisi Çex Respublikası arasında keçirilib.
Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda komandalardan hər hansı biri mütləq üstünlüyə yiyələnə bilməyib. Bununla belə, Portuqaliya yığması qələbəyə daha yaxın görünüb. Komandanın ulduz oyunçusu Kriştiano Ronaldonun iki zərbəsi dirəkdən qayıdıb, qapı çərçivəsinə istiqamətlənən bir neçə topu isə çexlərin qapıçısı Piter Çex qaytarıb. Lakin portuqallar tilsimi 79-cu dəqiqədə qıra biliblər. Ronaldo müdafiəçidən sıyrılaraq vurduğu dəqiq baş zərbəsi ilə komandasını yarımfinala çıxarıb. Oyun elə 1:0 hesabı ilə də başa çatıb.
Avro-2012: Potuqaliya yarımfinalda
•
•